Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçiriləcək zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gəlmişdir

 

 Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) avqustun 23-də Bişkekdə keçiriləcək ikinci zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gəlmişdir.

Bişkekdəki "Manas" Beynəlxalq hava limanında Artur Rasizadəni Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyev, xarici işlər nazirinin müavini Askar Beşimov və Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov qarşılamışlar.

Türkiyə və Qazaxıstanın dövlət başçıları Abdullah GülNursultan Nazarbayev də artıq Bişkekə gəlmişlər.

Sammitdə  türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin yaradılması məsələləri diqqət mərkəzində olacaqdır.

Xatırladaq ki, TDƏŞ 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə yaradılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 1.