Monitorinq insidentsiz başa çatmışdır

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 23-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilmişdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinq insidentsiz başa çatmışdır.

Monitorinqə Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiçofisin əlaqələndiricisi Piter Ki nəzarət etmişlər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirmişlər.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 1.