Azərbaycan-İsrail münasibətlərinə dair fikir mübadiləsi aparılmışdır

 

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar avqustun 23-də müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Səfər Əbiyev səfir Mixael Lavon-Lotemin diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, bundan sonrakı işlərində ona uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.