Koreya Respublikası Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir
Koreya Respublikasının Azərbaycandakı səfiri Lee Ci Han ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar avqustun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında uğurlu əməkdaşlığın mövcudluğunu qeyd etmiş və buna misal kimi çoxlu sayda Koreya şirkətlərinin ölkəmizdəki fəaliyyətini göstərmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən nazir ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Azərbaycanda işlədiyi
dövrün olduqca səmərəli
keçdiyini demiş,
təmsil etdiyi ölkənin
xalqlarımız və hökumətlərimiz arasında
münasibətlərin inkişafına çox
böyük əhəmiyyət verdiyini xüsusi vurğulamışdır.
Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.