Misirin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatmışdır

 

Avqustun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Saber Mansur ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Misir arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə diplomata minnətdarlığını bildirmiş, gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Səfir ölkəmizdə fəaliyyəti dövründə Misir ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd etmişdir. Diplomat faydalı əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.