İsrail səfiri Azərbaycanın Xarici İşlər Nazirliyində olmuşdur
Avqustun 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailin ölkəmizdəki səfiri Mixael Lavon-Lotem ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə İsrail arasında münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirmiş və bu işdə verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirmişdir. Nazir diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.
Səfir ölkəmizdə fəaliyyəti dövründə İsrail ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır. Bu əlaqələrin daha da genişləndirilməsi üçün səylə çalışdığını qeyd edən diplomat faydalı əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.