Tarixi yaddaş silinmir

 

Füzulinin işğalından 19 il keçir

 

Abidələr,  qalalar tarixin yaddaşı hesab olunur. Onlar baş vermiş münaqişə müharibələr zamanı belə beynəlxalq konvensiyalara əsasən qorunub saxlanmalıdır. Ermənistanın təcavüzkar siyasəti isə təkcə ərazilərimizin ilhaqı ilə məhdudlaşmamış  tariximizin  mədəniyyətimizin yadigarı olan abidələrə qənim kəsilmiş, onları ya saxtalaşdıraraq öz adlarına çıxıblar, ya da yer üzündən silməyə çalışıblar.

Abidələr təkcə tarixin yadigarları deyil, eyni zamanda maddi-mədəniyyət nümunələridir. Ona görə onların qorunması gələcək nəsillərə çatdırılması olduqca vacib məsələdir. Bu məqsədlə 1983-cü ildə YUNESKO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyası təsis edilib. Məqsəd diqqəti  maddi-mədəniyyət nümunələrinin tarixi ərazilərin qorunmasına yönəltmək olub.

Sivilizasiyalı bəşəriyyətin tarixi  keçmişi məhz abidələrlə öyrənilir. Minilliklərin yadigarları olan  abidələrin, təəssüf ki, heç hamısını günümüzə qədər  qoruyub saxlamaq mümkün olmayıb. Onların sıradan çıxmasının isə təbii süni səbəbləri var. Belə ki, təbii aşınmalara məruz qalan abidələr həmçinin insan əli əməlinin qurbanlarına çevrilmişdir. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi-mədəniyyət nümunələri içərisində dini xarakterli abidələr az deyildir.

Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər  işğal etdikləri torpaqlardakı abidələrimizi erməniləşdirməyə çalışmışlar. İşğal altında qalan maddi-mədəniyyət abidələrimizin çoxu qəddarlıqla məhv edilmişdir. Dağlıq Qarabağ ona bitişik ərazilərdə ermənilər 12 muzey 6 rəsm qalereyasını,  eyni zamanda, tarixi  əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti - eksponat talan olunmuş, 44 məbəd 18 məscid təhqir edilmişdir. Dağıdılan yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab   nadir incilərdən sayılan əlyazmaların külü göyə sovrulmuşdur.

Dağlıq Qarabağ ərazisində ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyildir. Eyni zamanda, talan məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

Ulu öndər Heydər Əliyev Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyərək bu münaqişənin həllinin yubadılmasında ermənilərin tutduqları qeyri-konstruktiv mövqeyi dəfələrlə beynəlxalq tribunalarda söyləmişdir. Daim qaçqın məcburi köçkünlərin yanında olan, onların dərd-sərini özününkü sayan ümummilli lider hələ 1996-cı ildə  bir qrup məcburi köçkün ziyalıyla görüşündə baş vermiş hadisələri fəlakət, faciə   soyqırımı kimi qiymətləndirərək demişdir: "Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. O yerlərdə qalan abidələrin, mədəniyyət ocaqlarının darmadağın edilməsi barədə əsaslı faktlar vardır..."

İşğal edilmiş Azərbaycan ərazilərindəki maddi-mədəniyyət abidələrinin yerlə yeksan edilməsini təsdiqləyən faktlar bir daha göstərir ki, düşmən çox məkrli, dəhşətli iyrənc siyasətlə maddi-mənəvi sərvətlərimizi məhv etmək yolunu seçmişdir. Zəbt olunmuş rayonların ərazilərindəki maddi-mədəniyyət abidələrinə göstərdikləri  qeyri-insani münasibət bir daha bunu təsdiqləyir.

Hər bir rayonun işğalından sonra  həmin ərazilərə müşahidəçi qismində səfərlər etmiş  beynəlxalq  vasitəçilərin vəziyyətlə bağlı dəfələrlə bildirdikləri narahatlıq nədənsə hələ də Avropa strukturlarında olduğu kimi qəbul edilmir.

1993-cü ilin avqust ayı tariximizin  qanla yazılmış səhifələrindən biridir. Çünki  məhz  avqust ayının sonlarında respublikamızın Füzuli, Cəbrayıl və Qubadlı rayonları da Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmişdir. 23 avqust 1993-cü il tarixi Füzuli rayonu əhalisinin də (həmin gün cəbrayıllıların da taleyinə qaçqın-köçkünlüyün ağrı-acıları həkk olub) doğma yurd yerlərindən didərgin düşməsi tarixi kimi yaddaşlara yazılıb. Həmin tarixdə eyni zamanda  minilliklərin yaşıdı olan daha neçə-neçə maddi-mədəniyyət abidəmiz məhv edilib.

Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuşilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu il tarixdə təşkil olunmuşQaryagin adlandırılmışdır.

1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişilərək Füzuli adlandırılmışdır.

Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 150 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqəsi olub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxozsovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.

Müxtəlif dövrlərdə  Qarabağın dilbər guşəsi olan Füzuli rayonu ərazisində - Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), Məşədi Həbib hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiqurları (XVIII-XIX əsrlər) və s.  bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə ya saxtalaşdırmağa, ya da yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin bir daha sübutudur.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155-i yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişdir. 1993-cü il avqustun 23-də ecazkar Füzuli torpaqları da işğal edildi. Hazırda 55 min nəfərə yaxın füzulili  məcburi köçkün həyatı yaşayır.

Aparılan arxeoloji tədqiqatlar sübut etmişdir ki, sərvətlərlə zəngin olan Füzuli rayonu təkcə Azıx mağarası ilə dünyanın diqqətini çəkib. Ən qədim insan məskəni hesab edilən Azıx mağarası 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən aşkar edilmişdir. Rayonun 14 kilometrliyində yerləşən bu mağaradan tapılmış ibtidai insanın alt çənə sümüyü sübut etmişdir ki, Azərbaycan təxminən 350-400 min il bundan öncədən insan məskəni olub. Həmin ilk ibtidai insan Azıx adamı kimi dünyanın bir çox inkişaf etmiş ölkələrinin elmi ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Daha maraqlısı isə buradan tapılan ayı kəlləsinin üzərindəki cızıqlardır. Bu, bir daha göstərirdi ki,  Azıx adamlarında totemə, yəni heyvanlara inam olmuşdur. Dünyada  dördüncü hesab edilən  bu tapıntı təsdiq edib ki, burada 700 min il bundan öncəyə aid ocaq var imiş. Azıx  mağarasının mühüm  tarixi əhəmiyyəti bir də ondadır ki,  onun vasitəsilə Daş dövrü barədə geniş məlumat almaq mümkündür.

Hər daşında və qayasında silinməz tariximiz olan Azərbaycan torpaqlarının erməni vandallarının işğalından azad edilməsi istiqamətində aparılan siyasət, nəhayət ki, nəticəsini verməlidir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 6.