Bizim borcumuz maestronun adını yaşatmaqdır

 

"Biz xoşbəxt bir nəsilik. Çünki maestro Niyazini görmüşük, duymuşuq, hiss etmişik, onunla ünsiyyətdə olmuşuq. Bizim borcumuz maestronun adını yaşatmaqdır".

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov demişdir. Bildirmişdir ki, Azərbaycanın musiqi mədəniyyətinə dünya şöhrəti gətirən maestro Niyazinin 100 illik yubileyi il boyu davam edəcəkdir.  Tədbirlər təkcə Bakıda, Moskvada, MDB ölkələrində keçirilməyəcəkdir. Çalışacağıq ki, maestronun vaxtı ilə çıxış etdiyi bütün xarici ölkələrin səhnələrində onun adı çəkilsin, əsərləri səslənsin. Maestro Niyazi olmasaydı, bu gün Azərbaycan dirijorluq məktəbi bəlkə də yaşamazdı. Azərbaycan xalqı maestronu heç vaxt unutmayacaqdır.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 7.