Egemen Bağış: Fransa
qondarma “erməni
soyqırımı”nı dərsliklərə
daxil etməkdənsə, Ermənistan-Azərbaycan
münaqişəsinə son qoyulmasına
çalışmalıdır
Türkiyənin Avropa İttifaqı ilə danışıqları üzrə baş müzakirəçisi və naziri Egemen Bağış Fransa hökumətinin qondarma "erməni soyqırımı"nın dərsliklərə daxil edilməsi ilə bağlı demişdir ki, "Fransa hökuməti dərsliklərə boş-boş iddiaları daxil etməkdənsə, öz tarixlərindəki "liberte" (müstəqillik), "egalite" (bərabərlik), "fraternite" (qardaşlıq) anlayışlarını yenidən dəyərləndirməli, həmsədri olduğu ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasına çalışmalıdır".
E.Bağış təəssüflə vurğulamışdır ki, qondarma erməni iddiaları ilə əlaqədar bəzi ölkələrdə naşı siyasət örnəkləri vardır. Fransada bundan əvvəl bəsirətsiz siyasət yürütdüyü üçün balıq tutmağa göndərilən siyasətçinin yerinə gələnlər də lazımi nəticə çıxarmamışlar. Onlar nifrət və kin aşılama siyasətini davam etdirirlər. Ümidvarıq ki, bu şəxslər tez bir zamanda siyasi kursu dəyişərlər. Türkiyə heç zaman soyqırımı törətməyən, Qazi Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh" siyasətini rəhbər tutan bir ölkədir.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 28 avqust.- S. 1.