Bakıda XIV Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
Almaniya Federativ
Respublikası Reynland-Pfalz
əyalətinin nümayəndə
heyətinin ölkəmizə
səfəri çərçivəsində
avqustun 27-də Bakıda
XIV Azərbaycan-Almaniya biznes
forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
(İİN) dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilmiş
tədbirdə kənd
təsərrüfatı və
qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika, əczaçılıq
və digər sektorları təmsil edən iş adamları iştirak etmişlər.
İİN-in
sahibkarlığın inkişafı
siyasəti şöbəsi
müdirinin müavini
Hüseyn Paşayev Azərbaycanın xarici investisiyalar üçün
cəlbedici və əlverişli ölkə,
həmçinin investisiya
ixracatçısı olduğunu
demiş, iş adamları arasında əlaqələrin genişləndirilməsində
işgüzar görüş
və biznes forumların əhəmiyyətini
vurğulamışdır.
Almaniyanın Reynland Pfalz əyalətinin İqtisadiyyat,
Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin
nümayəndəsi Julia Golomb
ölkələrimizin böyük
potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli
istifadənin, eləcə
də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Almaniya
və Azərbaycan arasında iqtisadi-ticarət
əlaqələrinin inkişafında
əhəmiyyətli olacağını
qeyd etmişdir.
Almaniyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi
Volfqanq Mösinger, Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının
nümayəndəsi Harald
Auqter, Alman-Azərbaycan
İqtisadi İttifaqının
(DAWF) idarə heyətinin
üzvü Əliyar Haşımlı ölkələrimiz
arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini
vurğulamışlar.
Sonda Mərkəzi
və Şərqi Avropa Mərkəzi tərəfindən Reynland
Pfalz əyalətinin iqtisadiyyatına və alman şirkətlərinin
fəaliyyətinə dair
təqdimatlar olmuşdur.
Avqustun 30-da Gəncə
şəhərində Alman-Azərbaycan
İqtisadi Forumu keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 28 avqust.- S. 3.