İnformasiya Təhlükəsizliyi İdarəetmə
Sisteminin MHM-də tətbiqinə və
istismarına dair müqavilə
imzalanmışdır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) və Rumıniyanın "CertSIGN S.A." şirkəti arasında "İSO/İEC 27001:2005 (AZS-494-2010) standartının tələblərinə uyğun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (İTİS) MHM-də tətbiqinə və istismarına dair konsaltinq xidmətləri" ilə əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, müqaviləyə görə, Rumıniya şirkəti MHM-in cari informasiya təhlükəsizliyinin qeyd olunan standarta uyğunluğunu sınaqdan keçirəcək, təlim apararaq mərkəzin işçi heyətini sertifikatlaşdırma auditinə hazırlayacaqdır.
Müqavilədə işlərin icra olunma müddətinin
6 aydan az olmaması nəzərdə
tutulmuşdur və bu
müddətə İTİS-in iki ay sınaq işləməsi
də daxildir.
Azərbaycan.- 2012.- 28 avqust.- S. 5.