Azərbaycan Prezidenti İlham
Əliyevin və Belarus Prezidenti
Aleksandr Lukaşenkonun
təkbətək görüşü
Avqustun 28-də Minskdəki "Zaslavl" iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyevi Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko qarşıladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əməkdaşlığın bundan sonra da genişlənməsinə əminlik bildirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 29 avqust.- S. 1.