Azərbaycan-Belarus
sənədlərinin imzalanması mərasimi olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin
Belarusa rəsmi səfəri
Avqustun 28-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə görüşü
başa çatdıqdan
sonra Azərbaycan-Belarus
sənədlərinin imzalanması
mərasimi olmuşdur.
"Azərbaycan Respublikası
Hökuməti və
Belarus Respublikası Hökuməti
arasında lizinq fəaliyyətinin genişləndirilməsi,
əlverişli hüquqi-iqtisadi
şəraitin yaradılması
haqqında Saziş"i
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzaladılar.
"Azərbaycan Respublikası
Hökuməti və
Belarus Respublikası Hökuməti
arasında odlu silahların, döyüş
sursatlarının, partlayıcı
maddələrin və
partlayıcı qurğuların
qanunsuz hazırlanması
və dövriyyəsi
ilə mübarizədə
əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın
daxili işlər naziri Ramil Usubov
və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası
Hökuməti və
Belarus Respublikası Hökuməti
arasında cinayət yolu ilə əldə
edilmiş gəlirlərin
leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizədə
əməkdaşlığa dair Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və
Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası
Hökuməti və
Belarus Respublikası Hökuməti
arasında mədəni
sərvətlərin talanması
ilə mübarizə
və onların geri qaytarılmasının
təmin edilməsi sahəsində əməkdaşlıq
haqqında Saziş"i
Azərbaycanın daxili
işlər naziri Ramil Usubov və
Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
və Belarus Respublikası
Ədliyyə Nazirliyi
arasında məhkəmə
ekspertizası sahəsində
əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın
ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzaladılar.
"Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
və Belarus Respublikası
Səhiyyə Nazirliyi
arasında dərman vasitələrinin keyfiyyətinə
nəzarət və qeydiyyatdan keçirilməsi
sahəsində əməkdaşlıq
haqqında Saziş"i
Azərbaycanın səhiyyə
naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko
imzaladılar.
"Naxçıvan Şəhər
İcra Hakimiyyəti
(Azərbaycan Respublikası)
və Brest Şəhər
İcra Komitəsi
(Belarus Respublikası) arasında
iqtisadi-ticarət və
humanitar-mədəni sahələrdə
əməkdaşlıq haqqında
Saziş"i Naxçıvan
Şəhər İcra
Hakimiyyətinin başçısı
Vüqar Səfərov
və Brest Şəhər
İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzaladılar.
AzərTAc
Azərbaycan.- 2012.- 29 avqust.- S. 2.