Bişkekdə rus dilində çap edilmiş Prezident İlham Əliyev üçcildliyinin təqdimat mərasimi keçirilmişdir

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi (QAƏM) və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) tərəfindən Bişkekdə TDSDF-in xətti ilə rus dilində çap olunmuşPrezident İlham Əliyev” üçcildliyinin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov, Qırğızıstanın mədəniyyət və informasiya naziri İbrahim Junusov, sənaye və energetika naziri Askarbek Şadiyev, Dövlət Gömrük Komitəsinin sədri Kubanlçbek Kumbtov, parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

Təqdimat mərasimini açan İ.Cabbarov ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasəti, Azərbaycanda iqtisadi islahatlar, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz layihələri, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi, Transanadolu boru kəməri haqqında ətraflı məlumat vermişdir.

Müvəqqəti işlər vəkili vurğulamışdır ki, “Prezident İlham Əliyev” üçcildliyinin Qırğızıstanda çap edilməsi ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəkdir.

İ.Junusov demişdir ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni sahədə əlaqələr çox uğurla inkişaf edirbu, dövlətlərimizin mənafeyinə uyğundur. Bu gün Qırğızıstanda elə bir şəxs tapılmaz ki, Nizamiya Nəsimini tanımasın. Eləcə də Azərbaycanda böyük qırğız yazıçısı Çingiz Aytmatovu tanımayan və onun əsərlərini oxumayan yoxdur. Bişkekdə “Prezident İlham Əliyev” kitabının çap edilməsi Qırğızıstanın həyatında mühüm hadisədir və buna görə biz TDSDF-ə minnətdarlığımızı bildiririk.

A.Şadiyev da çıxış edərək vurğulamışdır: “Ölkələrimiz arasında əlaqələrin inkişafı bizi çox sevindirir. Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin sırasındadır. Bu da ölkə rəhbərliyinin məqsədyönlü və düzgün iqtisadi siyasətinin nəticəsidir. İndi Azərbaycan bir sıra ölkələrə, o cümlədən Qırğızıstana sərmayə yatırır. Azərbaycanda ən yeni texnologiyalar əsasında müasir zavod və fabriklər tikilir”.

Azərbaycanın ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən TDSDF-in sədri Nüsrət Məmmədov bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Akademik Elgiz Aytmatov, QAƏM-in sədri Cəbi Rəsulov, Bişkekdəki “Xəzər” İctimai Birliyinin sədri Ziyəddin Hüseynov, vəkil Səməd Səmədov, diasporumuzun fəalları Əsəd Əsədov, Əli İskəndərov və başqaları ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində bu üçcildliyin böyük rolu olduğunu bildirmişlər.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 2.