Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

Avqustun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Palatası Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il sentyabrın 14-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 3.