ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Bakıya gəlmişdir

 

 ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar avqustun 28-də Bakıya gəlmişdir.

R.Morninqstar Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə görüş zamanı Azərbaycanda diplomatik  missiyasını icra etməkdən məmnun olduğunu vurğulamışdır.

İlk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini və 17 ildir ki, vaxtaşırı ölkəmizə gəldiyini deyən səfir Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözlədiyini bildirmişdir.

ABŞ-ın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan diplomat yeni vəzifədə regionun, enerji sektorunun inkişafına və terrorçuluqla mübarizəyə dəstək verəcəyini qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 3.