İsmayıllıya
gələn turistlərin sayı ildən-ilə artır
Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda turizmin sürətli inkişafı rayona üz tutan turistlərin sayında da özünü göstərməkdədir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, 2009-cu ildə rayonu 15 min, 2010-cu ildə 25 min, 2011-ci ildə 59 min 500 turist ziyarət etmişdir. Cari ilin əvvəlindən bəri ötən ilin müvafiq dövrünə nisbətən İsmayıllıya gələn yerli və xarici turistlərin sayı 10 faiz artmışdır.
İsmayıllı həm də sənətkarlar diyarıdır. Basqal, Lahıc və digər kəndlərdə yaşayan sənətkarların əl işləri gələn turistləri valeh edir.
Onu da qeyd edək ki, 2012-ci ildə
İsmayıllı rayon Mədəniyyət
Mərkəzi yaradılmış, klub
müəssisələrinin profilləşməsi həyata keçirilmişdir. Hazırda səkkiz kənd
klubunda xalça toxunur, digər klublarda isə
yeni dərnəklər yaradılaraq
müxtəlif əl işləri hazırlanır. Bunları nəzərə alaraq
rayon mədəniyyət və turizm şöbəsi tərəfindən
İsmayıllı şəhərindəki Qala
divarlarının önündə, Bakı-Qəbələ yolunun kənarında xalq
yaradıcılıq nümunələrinin daimi
satış-sərgisi açılmışdır.
Azərbaycan.- 2012.- 29 avqust.- S. 6.