Azərbaycan Prezidenti İlham
Əliyevin Belarusa rəsmi səfəri
Ali qonağın
şərəfinə
Avqustun 28-də Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkonun
adından Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin şərəfinə rəsmi
ziyafət verilmişdir.
Mərasimdə Belarus Prezidenti Aleksandr
Lukaşenko ölkəsinin
ali mükafatı
- "Xalqlar dostluğu"
ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir.
Belarus Prezidenti Aleksandr
LUKAŞENKO mərasimdə çıxış edərək
Azərbaycan dövlətinin
başçısını ölkəsində bir daha görməkdən şad olduğunu dedi. Bildirdi ki, yüksək
səviyyədə həyata
keçirilən müntəzəm
görüşlər xoş
ənənəyə çevrilib
və xalqlarımız
arasında qardaşlıq
tellərinə əsaslanan
Belarus-Azərbaycan tərəfdaşlığı
dövlət başçılarının
dostluq münasibətləri
ilə daha da möhkəmlənir.
"Bu gün Azərbaycan ilə Belarus arasında münasibətlər sabit
və faydalıdır,
yüksək səviyyədə
dostluğa və etimada əsaslanır",
- deyən Aleksandr Lukaşenko bildirdi ki, ölkələrimiz strateji tərəfdaşlara
çevrilib və burada Azərbaycan Prezidentinin mühüm rolu vardır.
Belarus Prezidenti Azərbaycanın
onun ölkəsinə
verdiyi dəstəyi yüksək qiymətləndirərək
Prezident İlham Əliyevin xalqımızın
ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı
olduğunu vurğuladı. "Fikrimcə,
İlham Heydər oğlu Azərbaycanın şəksiz lideri və vətənpərvəridir",
- deyən Prezident Aleksandr Lukaşenko dövlətlərimiz arasında
dostluq münasibətlərinin
və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm
şəxsi töhfələrinə
görə Azərbaycan
Prezidentinin Belarusun ali mükafatı - "Xalqlar dostluğu" ordeni ilə təltif olunduğunu dedi və ordeni
Prezident İlham Əliyevə təqdim etdi.
Yüksək mükafata və
onun haqqında söylədiyi xoş sözlərə görə
Belarus Prezidenti Aleksandr
Lukaşenkoya təşəkkürünü
bildirən Azərbaycan
Prezidenti İlham
ƏLİYEV bu ali mükafatı onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini dedi.
Prezident İlham Əliyev qeyd etdi ki,
Azərbaycan-Belarus münasibətləri
möhkəm zəminə,
qarşılıqlı rəğbət
və xalqlarımız
arasında çoxəsrlik
əməkdaşlığa əsaslanır.
Dövlətimizin başçısı Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına
namizədliyinin səsverməyə
çıxarıldığı dövrdə Belarusun verdiyi dəstəyə və göstərdiyi fəallığa görə
minnətdarlığını bildirdi.
"Bu gün Belarus ilə Azərbaycan arasında dostluğa, strateji tərəfdaşlıq, qarşılıqlı
dəstəyə, səmimiyyət
və rəğbətə
əsaslanan müasir münasibətlər qururuq",
- deyən Prezident İlham Əliyev ölkələrimiz arasında
əmtəə dövriyyəsinin
artdığını, sənayedə,
energetikada, humanitar əməkdaşlıqda yeni
təşəbbüslərin olduğunu dedi və bir daha
yüksək qonaqpərvərliyə
görə minnətdarlığını
bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 30 avqust.- S. 1.