Azərbaycan Prezidenti İlham Əliyev Minskdə Qələbə meydanını ziyarət etmişdir

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində avqustun 29-da Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 1.