Azərbaycan Prezidenti İlham Əliyevin
Belarusa rəsmi səfəri bu ölkənin kütləvi informasiya
vasitələrində geniş
işıqlandırılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Belarus
Respublikasına rəsmi səfəri bu ölkənin kütləvi
informasiya vasitələrində geniş
işıqlandırılmışdır.
Belarusun nüfuzlu "Narodnaya qazeta" nəşrində "Tərəfdaşlığın strateji xarakteri" adlı məqalə dərc edilmişdir. Məqalədə Azərbaycan dövlətinin başçısının Belarusa rəsmi səfəri zamanı müzakirə edilən məsələlərə, keçirilən görüşlərə xüsusi yer verilmişdir.
Oxucular "Bir dildə söhbət" sərlövhəli məqalə ilə "Belarus seqodnya" qəzetində tanış olmuşlar. Məqalə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət, dəstək və səmimiyyətdən bəhs edir.
Azərbaycan Prezidentinin Belarusa səfərinə geniş yer ayıran nəşrlərdən biri də "Respublika" qəzeti olmuşdur. "Təşəbbüslər arxasında konkret işlər" adlanan məqalə də Belarusda keçirilən danışıqlara, imzalanan sənədlərə, Azərbaycan-Belarus əməkdaşlığında yeni perspektivlərə həsr edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri yerli televiziya kanalları tərəfindən də geniş işıqlandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 30 avqust.- S. 2.