Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 

¹ 187 Bakı şəhəri, 29 avqust 2012-ci il

 

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi  barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 12 sentyabr tarixli 1712 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1156; 2009, ¹ 4, maddə 280) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə normaları və istifadə müddətləri"ndə aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ali rəis heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə normaları və istifadə müddətləri (1 nömrəli norma)"nin "1. Geyim forması" hissəsinə aşağıdakı məzmunda 1.25-ci bənd əlavə edilsin:

 

1.25.

Qış səhra gödəkcəsi

1 ədəd

3 il

-

 

 

1.2. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim formasının və fərqlənmə nişanlarının verilmə normaları və istifadə müddətləri (2 nömrəli norma)"nin "1. Geyimlər" hissəsi üzrə:

1.2.1.  1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

  1.4.

Qış papağı

1 ədəd

1,5 il

-

 

1.2.2.  aşağıdakı məzmunda 1.24-1.27-ci bəndlər əlavə edilsin:

 

 

1.24.

Qış səhra papağı

1 ədəd

2 il

-

1.25.

Qış səhra gödəkcəsi

1 ədəd

3 il

-

1.26.

Qadın üçün gündəlik şalvar

1 ədəd

1 il

-

1.27.

Qadın üçün yay şalvarı

1 ədəd

1 il

-

 

 

 

Artur RASI-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 2.