Sahibkarlara dövlət dəstəyi öz bəhrəsini verməkdədir

 

2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 58234 yeni, o cümlədən 45204 daimi yeri açılmışdır

 

Bu gün Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyininzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir.

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadi həyatında köklü dəyişikliklər baş verib, bazar münasibətləri sürətlə inkişaf etməyə başlayıb. Bununla da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaranıb.

Azərbaycan vətəndaşları ölkənin bütün regionlarında - istər şəhərdə, istərsə də kəndlərdə öz əmlaklarından və digər şəxsi imkanlarından istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu fəaliyyət növü zaman keçdikcə inkişaf edir. Hazırda ölkədə  sahibkarlıq fəaliyyəti genişlənir.

Dövlət səviyyəsində sahibkarlara göstərilən qayğı isə öz bəhrəsini verməkdədir. Buna sübut kimi sahibkarlığın sürətlə inkişaf etməsini və bu sahədə qazanılan uğurları göstərmək olar. Təkcə son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artmışdır.

Sahibkarlıq fəaliyyəti Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişikbu istiqamət bizə uğurlar gətirir".

Regionun lider dövləti kimi Azərbaycanın iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapmışdır. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, ötən il Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. "Doing Business 2012" hesabatında Azərbaycan 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yerə çıxmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  avqustun 17-də Bərdə rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə 1660-a yaxın sahibkara 148 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6660-dan çox yeni yerinin açılması nəzərdə tutulur.

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 8 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, qeyri-neft sektoru 4,3 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 25 dəfə, rabitə sahəsi 6,4 dəfə artıb. Artım həmçinin digər sahələrdə, o cümlədən kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunub. Bütün bunlar ölkədə yeni yerlərinin açılmasına səbəb olub.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafını təmin etmiş, iqtisadiyyatın diversifikasiyası nəticəsində istehsalemal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yerlərinin açılmasına zəmin yaratmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə ərazisində 2012-ci ilin altı ayı ərzində yaradılmış 2585 yeni müəssisədən 11,9 faizi Aran, 6,9 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax, 4,8 faizi Lənkəran, 3,8 faizi Şəki-Zaqatala, 2,1 faizi Quba-Xaçmaz, 3 faizi isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışlar.

2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 58234 yeni, o cümlədən 45204 daimi yeri açılmışdır. Cari ilin 6 ayı ərzində açılmış daimi yerlərinin 10 faizi yeni yaradılmış müəssisə və təşkilatlara, 22,5 faizi mövcud müəssisə və təşkilatlara, 0,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlara, 67,4 faizi isə fiziki şəxslər tərəfindən yaradılmış qurumlara aiddir. Həmin dövr ərzində ölkə üzrə açılmış yeni yerlərinin 70,1 faizi regionların payına düşmüşdür.

Bütövlükdə dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır.

Bu gün Azərbaycandakı iqtisadi inkişaf modeli qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir. Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 3.