Türk dünyasının dirçəliş günü

 

30 avqust – Zəfər bayramı

 

Ötən əsrin əvvəlləri Türkiyə tarixinə qurtuluş savaşları, milli mübarizə illəri kimi həkk olunub. Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin torpaqlarını müstəmləkəçi dövlətlər arasında bölüşdürmək planının qarşısı bu mücadilə nəticəsində alındı. Türk milləti imperialistlərin bu mənfur planını qətiyyətlə rədd edərək milli azadlıq hərəkatına başladı və bu mübarizədə qalib gəldi.

Türkiyə çox ağır günlər yaşayırdı. Hər yerdə - suda, quruda, havada döyüş gedirdi. Şəhid olanların, yaralananların sayı-hesabı yox idi. Osmanlı ordusunun generalı Mustafa Kamal Paşa milli iradəyə əsaslanan yeni türk dövlətinin qurulmasından başqa nicat yolu görmürdü. Odur ki, Anadoluda milli azadlıq hərəkatına başlamaq üçün 9-cu ordunun müfəttişi kimi 1919-cu il mayın 16-da "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxdı üç günə Samsuna çatdı. Bölgədə vəziyyətlə yaxından tanış olan böyük sərkərdə mayın 21-də İstanbula, Baş Qərargaha göndərdiyi teleqramda yazırdı: "Yunanlar bu bölgədə Pontus dövləti qurmaq kimi bir səfsəfə ətrafında toplaşmış yunan quldur dəstələri bütünlüklə siyasi təşkilata çevrilmişlər. Vətənin bütünlüyü millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yalnız millətin əzm qərarı qurtaracaqdır".

O vaxtdan başlamış milli azadlıq mübarizəsində türk xalqı ordusu bir-birindən ağır sınaqlardan qəhrəmanlıqla çıxaraq "olum, ya ölüm" dilemmasını öz xeyrinə həll etdi. 1921-ci il avqustun 23-dən sentyabrın 12-dək davam etmiş Sakarya Meydan Müharibəsindən sonra işğalçı yunan qoşunları geri çəkilməyə məcbur oldu. Bu, uzun müddətdən bəri türk ordusunun əldə etdiyi ilk uğur idi. Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qələbənin memarı Mustafa Kamal Paşaya "qazi" adı "marşal" rütbəsi verildi. Milli azadlıq hərəkatında dönüş noqtəsi olan bu hərbi uğurdan sonra işğalçı qoşunları türk torpaqlarından birdəfəlik qovmağa qərar verildi. Düşmən üzərinə son qəti hücum iki dəfə - 1922-ci ilin yanvar   aprel aylarında təxirə salındı.

Sakaryada məğlubiyyətə uğramış yunan ordusu Əskişəhir-Şərqi Afyon xəttinə çəkilərək müdafiədə dayanmışdı. Düşmənin mövqeyi keçilməz hesab edilirdi. Türk ordusu isə işğalçılara son zərbəni vurmaq üçün hazırlıq görürdü. Bu məqsədlə gecəli-gündüzlü getdi. Silah-sursat tədarük edildi, əsgərlərə lazımi təlim verildi. Qərb cəbhəsinin şimalındakı Cənub cəbhəsindəki türk hərbi hissələri gizlicə Kocatəpə bölgəsində yerləşdirildi.

Nəhayət, 1922-ci il avqustun 26-da qazi Mustafa Kamalın komandanlıq etdiyi türk ordusu "böyük təərrüz"ə ("böyük hücum") başladı. Düşmənə gözləmədiyi vaxtda gözləmədiyi yerdən - Afyonun cənub-qərbindəki dağlıq bölgədən sarsıdıcı zərbə endirildi. Qəfil hücumdan sarsılan düşmən qüvvələri başıpozuq halda bir neçə hissəyə parçalandı. Avqustun 27-də türk qoşunları qaçan düşməni təqib edərək Sincanlı Afyon ovalıqlarına endi. Afyon azad edildi. Düşmən avqustun 27-28-də Sincanlı ovalığındakı təpələrdə yenidən müdafiə qurmağa çalışsa da, türk ordusunun davam edən təzyiqi ilə buna nail ola bilmədi. Avqustun 30-da Dumlupınarda düşmən qoşunlarının böyük bir qismi mühasirəyə alınaraq darmadağın edildi. Sağ qalanlar əsir götürüldülər. Əsirlər arasında yunan ordusunun baş komandanı, general Tikopıs da vardı. Şanlı türk ordusu düşmən qüvvələrini qovaraq sentyabrın 9-da İzmirə çatdı beləliklə, Anadolu işğalçılardan təmizləndi. Canını qurtara bilən yunan əsgərləri tələm-tələsik gəmilərə minərək Yunanıstana  qaçdılar.

Beləcə türk milləti 30 avqust 1922-ci ildə azadlıq uğrunda işğalçılara qarşı mübarizədə zəfər dastanı yazdı. Bu, təkcə Anadolu türklərinin yox, həm bütün dünya türklərinin, Şərq xalqlarının qələbəsi idi. Mustafa Kamal Paşa türk xalqının apardığı milli azadlıq mübarizəsinin beynəlxalq əhəmiyyətindən bəhs edərkən deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə payına olsaydı, bəlkə daha qısa, daha az qanlı olar tez qurtarardı. Türkiyə qəti ciddi səylər göstərir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".  

30 avqust zəfərindən bir neçə gün sonra - sentyabrın 12-də Mustafa Kamal Paşa TBMM- çıxış edərkən deyirdi: "Böyük Türk Milləti! Ordularımız İzmirimizi, Bursamızı zəfərlə qurtardılar. Aralıq dənizi əsgərlərimizin zəfər təranələri ilə dalğalanır. Böyük Türk Milləti! Ordularımızın qabiliyyət qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi". Atatürk "Azadlıq türkün həyatıdır" dedi bu həyat üçün ömrünün sonunadək mübarizə apardı. Türk millətinin tarixində elə dərin silinməz izlər qoymuşdu ki, Türkiyə xalqı 1934-cü ildə Böyük Millət Məclisində öz nümayəndələri vasitəsilə ona "Atatürk" adı verdi. Bu, böyük türk millətinin xilaskar Mustafa Kamal Paşaya sonsuz sevgisinin dərin minnətdarlığının ifadəsi idi.

Həmin gün ölkənin hər yerində Zəfər bayramı keçirildi. 30 avqust 1922-ci il şanlı türk tarixinə millətin bütövləşdiyi gün kimi yazıldı. Bir müddət əvvələdək Anadolu torpaqlarını bölüşdürməyə çalışan ölkələr indi qarşılarında yeni Türkiyəni görür, onunla qarşılıqlı münasibətlər qurmalı olurlar. 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, SSRİ, Bolqarıstan, Portuqaliya, Belçika, Yuqoslaviya Türkiyənin iştirakı ilə aparılmış uzun-uzadı danışıqlardan sonra məşhur Lozanna müqaviləsi bağlandı. Bununla da Türkiyənin milli qurtuluş hərəkatı rəsmən başa çatdı, yadellilər bu ölkəni işğal etmək düşüncəsinə birdəfəlik son qoydular. Türkiyə Cümhuriyyəti beynəlxalq aləmdə tanındı.

30 avqust zəfəri ilə yeni bir həyat yaşamağa başlayan Türkiyə zaman keçdikcə beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Tarixin müxtəlif dönəmlərində yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə Azərbaycan qardaş xalqlar kimi hər zaman bir-birinin yanında olmuşdur. Bir neçə il öncə Türkiyədə İğdır Akud Dərnəyinin üzvləri Ağrı dağına qalxaraq türk dünyasının ulu öndərləri Atatürk Heydər Əliyevin şəkillərini bayraqlarımızı dağın zirvəsinə sancmışdılar. Qardaş ölkə ilə münasibətlərə xüsusi əhəmiyyət verən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin kürsüsündən çıxış edərkən deyirdi: "Türkiyə Böyük Millət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində, o dövrdə Türkiyədə xalqı daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istəyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır..."                  

Bu gün Azərbaycan-Türkiyə əlaqələri arzuedilən səviyyədədir. İki qardaş ölkə qarşılarına bölgədə sülh, sabitlik rifahı təmin etmək məqsədi qoymuşdur. "Bir millət, iki dövlət" prinsipi əsasında möhkəmlənən əlaqələrimiz davamlı olaraq inkişaf edir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, nəqliyyat, dəmiryolu layihələri, enerji, neft-qaz sənayesi, elm, təhsil, mədəniyyət  digər sahələrdə sıx əməkdaşlıq xalqlarımızın ümumi mənafeyinə xidmət edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Türkiyə Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir, bu məsələni öz problemi hesab edir. Türkiyə torpaqlarımızın bütövlüyünü bərpa etmək üçün hər zaman nüfuzlu beynəlxalq qurumlarda yüksək səslə dünyaya səslənir, bu tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni edir.

"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən böyük Atatürkdən "Bir millət, iki dövlət" deyən ulu öndər Heydər Əliyevdən aldığımız bayrağı irəli aparmaq bu gün hər bir türkün müqəddəs vəzifəsidir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 4.