Litvalı gənclər
Qubadakı kütləvi soyqırımı məzarlığını
ziyarət etmişlər
Azərbaycanlı və litvalı gənclərdən ibarət nümayəndə heyəti Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, ziyarət Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı razılaşdırılan yay düşərgəsi çərçivəsində təşkil edilmişdir.
Ziyarətçilər Qubada soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar.
Litvalı gənclərə məlumat verilmişdir ki, Qubadakı kütləvi məzarlıq xalqımızın soyqırımına məruz qaldığını sübut edən tarixi faktlardan biridir. Burada qazıntı işləri aparılarkən kütləvi qətlləri təsdiq edən çoxlu insan sümükləri aşkar olunmuşdur. İlkin araşdırmalardan sonra bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.
Gənclər, həmçinin Quba
rayonunun görməli yerləri, Şahdağ Dövlət Qoruğu
ilə də tanış olmuşlar.
Azərbaycan.- 2012.- 30 avqust.- S. 4.