Ramazan ayı ilə bağlı teatr layihəsi uğurla başa çatmışdır
Mübarək Ramazan ayı ilə əlaqədar Türkiyə, Gürcüstan və Azərbaycan teatrları arasında reallaşdırılmış yeni layihə uğurla başa çatmışdır. Layihədə Azərbaycanı Bakı Uşaq Teatrı təmsil etmişdir.
Teatrın rəhbəri İntiqam
Soltan AzərTAc-a bildirib
ki, Türkiyədə
reallaşdırılan layihədə 10 nəfərdən
ibarət aktyor heyəti iştirak
etmişdir. Nümayiş
olunan tamaşalar Ramazan ayının xüsusiyyətlərini
özündə əks etdirən səhnəciklərdən
ibarət olmuşdur. Bu
il ilk dəfə
sınaq layihə həyata keçirilmişdir.
Gələn il layihənin
miqyasının genişləndirilərək bütün
Ramazan ayı boyu davam etdirilməsi
nəzərdə tutulur. Gələcəkdə
layihədə Özbəkistan, Rusiya, Ukrayna, Almaniya və digər
ölkələrdən 200-dən çox
sənətçinin iştirakı
planlaşdırılır.
Azərbaycan.- 2012.- 30 avqust.- S. 5.