Bakı Uşaq Teatrı bölgələrdə qastrol səfərindədir

 

 Xəbər verdiyimiz kimi, Bakı Uşaq Teatrı yeni teatr mövsümünü Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində "Həyatla oyun" adlı tamaşanın nümayişi ilə açmışdır.

Bakı Uşaq Teatrının rəhbəri və tamaşanın rejissoru İntiqam Soltan AzərTAc-a bildirib ki, yaradıcı kollektiv bu səhnə əsəri ilə bölgələrə qastrol səfərinə çıxmışdır. Artıq Lənkəran və Yevlaxda bu tamaşa təqdim edilmişdir. Bu günlərdə isə Gəncədə nümayiş olunacaqdır.

İ.Soltan demişdir ki, real həyatda baş verən hadisələr əsasında hazırlanmış tamaşanın əsas məqsədi insanları bəşəriyyətin ən böyük fəlakəti olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir.

Bu səhnə əsərini Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlamışdır.

 

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 5.