Azərbaycan Prezidenti İlham ƏliyevTeliaSoneraşirkətinin prezidentini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da "TeliaSonera" şirkətinin prezidenti Lars Nuberqi qəbul etmişdir.

"TeliaSonera" şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik inkişaf etdiyini yüksək qiymətləndirdi. O, "Azərcell" şirkətinə ölkəmizdə 3G 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirdi.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan Prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü dedi.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən "Transavrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə "TeliaSonera" şirkətinin verdiyi dəstəyin önəmi qeyd olundu, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.