Qırğız Respublikasının Prezidenti zati-aliləri cənab Almazbek Atambayevə

 

Hörmətli Almazbek Şarşenoviç!

 

Qırğız Respublikasının milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə Sizibütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Qırğızıstan dostluğunun ənənələrini özündə yaşadan ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə, hörmətli Almazbek Şarşenoviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.