Malayziyanın Ali Başçısı əlahəzrət Tuanku Abdul Halim
Müədzəm Şah ibni
əl-Məhrum Sultan Badlişaha
Əlahəzrət!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, əməkdaşlığımızın genişlənməsi yolunda səylərimiz daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 1 avqust 2012-ci il
Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.