V.M.Məmmədəliyevə
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında şərqşünaslıq
elminin inkişafındakı xidmətlərinə
görə Vasim Məmmədəli oğlu Məmmədəliyevə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü
verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 avqust
2012-ci il
Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.