Azərbaycan
nümayəndə heyəti Qoşulmama Hərəkatının
Tehranda keçirilən zirvə
görüşündə iştirak edir
Qoşulmama Hərəkatının Tehran zirvə görüşü öz işini davam etdirir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti zirvə görüşündə iştirak edir.
Sammitdə Azərbaycan xarici siyasət idarəsi rəhbərinin çıxışı nəzərdə tutulur. Bundan başqa, Elmar Məmmədyarov səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.
Sabir ŞAHTAXTI
Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.