Azərbaycan ilə Qazaxıstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Avqustun 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısı çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında  münasibətlər müzakirə edilmiş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün uğurlu keçdiyi vurğulanmışdır.

Görüşdə, həmçinin Xəzər dənizinə aid məsələlər ilə bağlı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.