Ümid qatarı...
Lap uşaqlıqdan yolları və qatarları sevirdi. Xəyalında o yollara düşüb çox getmişdi, o qatarlara minib dünyaları gəzmişdi. Hər gecə o qatarların səsini eşidər, vaqonların yorğun işıqlarını seyr edərdi:
Bir
uşağın intizarından
Köksü yaralı,
Gedib-gələn qatarları
Bir-bir sayırdı.
Qatar keçir gecəyarı,
Kənddən aralı, -
"Sən tələsmə,
o, gələcək" -
Pıçıldayırdı.
"O, gələcək"
ümidilə böyüdü
və həmin qatarlarda bir gün yola çıxdı.
Xəyalında, ürəyində
olanları, müharibədən
qayıtmayanları - atasını,
əmilərini, əzizlərini
axtara-axtara yollar keçdi, ölkələr
gəzdi. Lap sonda bildi ki axtardığı
elə burda - yanında, ürəyində
imişE
O bilirdi - insan yaşasa da, yaşamasa da böyüyür, yaşı
artır, özü isə yaddaşlarda dünyadan köçüb
getdiyi kimi qalır - uşaq, cavan, yaxud qoca.
Necə ki atası yaddaşında
cavan, gənc qalmışdı.
Yaşasaydı, 70 yaşını görəcəkdi,
yaşamadı, yaşaya
bilmədi, o qatarlar və yollar, bir də son illərin ağrı-acıları
onu yaşamağa qoymadı.
10 ilə yaxındır
ədəbi ictimaiyyətin
yaxşı tanıdığı
şair, publisist, tərcüməçi Davud
Nəsib dünyada yoxdur. Yaddaşlarda isə necə
var - yaşayır, bu illər ərzində
dəyişən onun
həsrəti, kədəri,
bir də yaşıdır.
Dünyasını dəyişəndə ömrünün
60-cı ilinə qədəm
qoymuşdu. Avqustun 25-də isə 70 yaşı tamam olur. Bu yaşı
övladları, yaxınları
artıq neçənci
dəfə onsuz qeyd edirlər.
Davud Nəsibi poeziyaya da ata həsrəti
gətirmişdi. "Gözüm
səni axtarır"
(1966), "Dağlar danışsaydı"
(1969), "Məhəbbət yolları" (1973), "Anama
məktublar" (1974 - Moskva),
"Ürək sözsüz
danışar" (1976) kitabları,
"Oğullar vətənləşib",
"Qayıdın, atalar",
"Ümid qatarı",
"Yuxuda görüş"
əsərlərində də
o, dönə-dönə müharibəyə,
onun doğurduğu faciələrə geniş
yer vermişdi. Ata həsrəti, ata qayğısına, ata məhəbbətinə
ehtiyac, atasızlığın
doğurduğu ağrı-acı,
Vətən uğrunda
döyüşlərdə həlak olmuş, üzünü belə görmədiyi atanın xatirəsi önündə
fərəh də Davud Nəsibin şeirlərində təsirli
cizgilərlə öz
əksini tapır.
Davud Nəsib özü də səmimiyyətlə
etiraf edirdi ki, "Bu müqəddəs
mövzudan mənim atam doğulub, onda mənim düşmənə qalib
gəlmiş əsgər
atam yaşayır."
"Dünya bir körpüdür" kitabına
yazdığı ön
sözdə tənqidçi
Nadir Cabbarov daima Davud Nəsibin şeirlərindən boylanan
bu ata həsrətini
belə qiymətləndirirdi:
"Davudun lirik qəhrəmanı şəhid
ata yoxluğuna yenə vəfalı övlad - oğul məhəbbətilə yanan
həmin o kövrək
lirik qəhrəmandır.
Davud Nəsibin şeirlərində
çox tez-tez eşitdiyimiz bu çağırış, "Ay ata" nidası ilə əks olunan bu nisgilli
haray uzaq illərin müharibə deyilən acı və sərt bir həqiqətindən baş alıb gəlir. Bu həqiqətin
"qəm asılı
pəncərələrindən" boylanan uşaq yaddaşı özü ilə bərabər dünyəvi kədərin,
hamımızın payına
düşən o bəşəri
müsibətin solub-saralmayan,
iliklərə qədər
hopmuş acı xatirələrini də çəkib gətirir.
Davud Nəsib 1942-ci il
avqustun 25-də Qazax rayonunda anadan olub. Qazax şəhər
2 saylı orta məktəbini bitirdikdən
sonra - 1959-1963-cü illərdə Azərbaycan
Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsində
təhsil alıb. Ədəbi fəaliyyətə
1956-cı ildə həmin
rayonda nəşr olunan"Qalibiyyət bayrağı" qəzetində
"Mənim doğma
çayım - Mənim
Kür çayım"
adlı ilk şeiri ilə başlayıb.
Həmin
vaxtdan fəal şəkildə ədəbi
proseslərə qoşulan
Davud Nəsibin yaradıcılığı çoxcəhətli,
axtarışları rəngarəngdir.
O, SSRİ xalqları, eləcə
də dünya ədəbiyyatından bədii
tərcümələrin də
müəllifidir. Macar şairi
Mikloş Radnotinin
"Yaralı ağılar"
şeirlər kitabını
ilk dəfə doğma
dilimizə çevirən
də Davud Nəsibdir. Tərcümələri
sevə-sevə edirdi,
onlara öz əsərlərinə çəkdiyi
zəhmətdən az zəhmət cəkmirdi. Ədəbi materiala diqqət,
sevgi bir vaxtlar onu -1978-1980-ci illərdə Macarıstana
çəkib aparmışdı.
Onun yaradıcılığı ovaxtkı
sovet oxucularına da yaxşı tanış idi. Əsərləri Moskvada "Sovetski
pisatel" nəşriyyatında
böyük tirajla çap olunmuşdu. "Anama
məktublar" (1974), "Ocaq daşları"
(1981) şeirlər kitabları
belə uğurlu ədəbi nümunələrdəndir.
Davud Nəsibin həyatında,
yaradıcılığında Azərbaycan Televiziyası
da böyük rol oynayıb, bir müddət -
1966-1969-cu illərdə Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
incəsənət redaksiyasında
redaktor vəzifəsində
çalışıb. Sonralar
- 1971-1972-ci illərdə Moskvada
SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik Ali Ədəbiyyat kurslarını
bitirib "Ədəbiyyat
və incəsənət"
qəzeti redaksiyasında
əvvəlcə ədəbi
işçi, sonra təsviri sənət şöbəsinin, daha sonra poeziya şöbəsinin
müdiri olub. Qəzetin o dördə böyük nüfuz qazanmasında onun yaşlı və gənc nəslə mənsub tanınmış
müəlliflərilə yanaşı,
həm də yaradıcı, fədakar əməkdaşlarının zəhməti
az deyildi.
Belə qələm sahiblərindən
biri də istedadlı şair, publisist Davud Nəsib idi.
O, Azərbaycan Yazıçılar
İttifaqı Rəyasət
Heyətinin üzvü, Azərbaycan
komsomolu (1984) və Ümumittifaq komsomolu mükafatları laureatı
idi (1986). ÜİLKGİ -nin qurultayına
Azərbaycandan nümayəndə
seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq
və Azərbaycan
LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.
Yazıb
yaratdıqlarına nəzər
salaq: "Gözüm
səni axtarır"
(1966), "Dağlar danışsaydı"
(1969), "Məhəbbət yolları" (1973), "Ürək
sözsüz danışır"(1976),
"Ümid qatarı"
(1979), "Bizdən sonra
yaşayanlar" (1981), "Əsrin laylası"
(1982), "Azərbaycan bayatısı"
(1984), "Dünya bir
körpüdür" (1987), "Karvan gedir" (1991), "Cavanşir" (2000), "Cavanşirsiz
məmləkət" (2002) və hələ nəşr olunmayan
"Ata laylası". Bütün bunlar
sevilə-sevilə oxunanlardır.
O, harda olmasından, harada yaşamasından asılı olmayaraq bütün ruhu ilə, varlığı ilə öz yurduna, torpağına bağlı idi. Həmyaşıdları kimi, İkinci
Dünya müharibəsi
illərində doğulan
şairin canından o
davanın ağrı-acıları
heç vaxt getmədi. Müharibə qurtarsa da, onun törətdiyi faciələr uzun illər ata-oğul niskilli insanların qəlbində kök salıb yaşayırdı.
Odur ki, bu faciələri yaşayanların,
xüsusilə ötən
əsrin 60-cı illərində
ədəbiyyata gələn
insanların yaddaşında,
qələmində müharibə
mövzusu geniş yer tuturdu. Davud
Nəsibin də şeirlərinə o illərin
havası hopmuşdu. Müharibədə həlak olan
həmvətənlərinin, davadan geri qayıtmayan
atasının və digər doğmalarının
narahat ruhu onun yazılarına hakim kəsilmişdi.
Müharibədən illər keçsə də, o yalnız biganələr və manqurtlar üçün,
dünyanın gələcəyinə
arxa çevirənlər
üçün qurtarıb
başa çatır. Başqaları üçünsə müharibə
elə bir faciə, elə bir fəlakətdir ki, tarixin göz
yaşları ilə dolu ibrət dərsi kimi daim xatırlanır.
Müharibə Davud Nəsib taleli insanlar üçün həm də bir "Tərcümeyi-hal"dır:
Mənim
yaşıdlarım barıt
nəfəsli,
Bütün nəsillərin kövrək
nəslidir.
Mənim
həyat nəslim,
Qayğılı nəslim
Bəlkə ağıl nəsli,
Ürək nəslidir.
Onun şeirləri xalqın
ruhuna köklənən,
bugünkü gəncliyin
nəbzini tutan şeirlərdir. Həyat təzadlarla,
zidiyyətlərlə doludur.
Davud Nəsib bunları çox gözəl bilirdi. Kədərlə sevinci insanların
həyatından, taleyindən
kənarda təsəvvür
etmək mümkün
deyil. Birində çox, birində az. Lakin zəhmətsiz, hazır səadətin, sevincin ömrü də az
olur. İnsan gərək xoşbəxtliyi
öz gücü, öz istedadı, bacarığı ilə qazansın. Qarşısına çıxan şər
qüvvələrə qalib
gələ bilsin.
Bu mənada Davud
Nəsibin dillər əzbəri olan şeirləri var. Bir ata nəsihətilə
"A qızlar, sevgidə
tələsməyin siz"
deyə gənc qızlara ünvanladığı
bir şeiri həm də bütün Azərbaycan gəncliyinə, onun sabahına bir məktub da hesab etmək olar.
Davud Nəsib dövrün,
zəmanənin övladıdır.
Bunu söyləməyə onun
yazdığı şeirləri,
nəsr əsərləri
əsas verir. 1991-ci ildə "Karvan gedir" kitabından sonra sanki onun yaradıcılığında
uzun bir fasilə yaranır. Amma az sonra
iki böyük əsərlə - 2000-ci ildə
nəşr olunan
"Cavanşir" və
iki il sonra
"Cavanşirsiz məmləkət" tarixi romanları ilə o, yenidən oxucuların görüşünə gəlir.
Davud Nəsib
tarixə, keçmişə
bağlı şair idi. Dərdin, kədərin, həsrətin
ifadəsi üçün
klassik ədəbiyyatdan
gələn bənzətmələrdən
məharətlə istifadə
edir, durnaları köçəri qumru quşları əvəz edir.
Kökündə Nizami, Füzuli, Vaqif, Zakir şeirlərinin ruhu duyulan həsrət nəğmələrinin Davud Nəsib dünyasında başqa bir yeri, mənası var. Yaşadığı illər və ağrı-acılar onu dəyişə bilmədi, Davud Nəsib həmişə üzünü dünyaya, insanlara tutdu.Yer üzündəki fəlakətlər, itkilər həqiqi bir şair kimi ondan yan ötmədi. Haqqın, ədalətin, sülhün, əmin-amanlığın bəşəriyyət üçün yeganə yol olduğuna şərik çıxdı, buna inandı və bir gün yenə, heç kəsin gözləmədiyi bir vaxtda uşaqlıqdan arzuladığı qatarların, yolların arxasınca düşüb getdi - 2003-cü il martın 26-da bir qəzada dünyasını dəyişdi. Amma onun içindəki "qəza" daha əvvəllər baş vermişdi...
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 25 avqust.- S. 7.