Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Nikolaye Timoftiyə

 

Hörmətli cənab Prezident!

 

Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Moldova arasındakı dostluq əməkdaşlıq münasibətləri  zəngin ənənələrə malikdir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması, dövlətlərarası münasibətlərimizin daim inkişaf etdirilməsi yolunda addımlarımızı davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə, hörmətli cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 1.