Əhməd Davudoğlu: İstərdik ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar İstanbulda keçirilsin

 

  Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NTV televiziya kanalına müsahibəsində bildirmişdir ki, bölgədə nüfuzu artan Türkiyə regionun diplomatiya mərkəzi olmaq niyyətindədir.

Türkiyəli nazir demişdir: "Biz Suriya ilə bağlı danışıqların, serblərlə bosniyalılar arasında müzakirələrin İstanbulda keçirilməsini istəyirik. İstərdik ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar da İstanbulda keçirilsin".

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 1.