Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir
Ağdam rayonunun Xındırıstan
kəndi yaxınlığındakı
İsmayılbəy eneolit
dövrü yaşayış
məskənində aparılan
arxeoloji qazıntı
zamanı yeni tarixi materiallar aşkarlanmışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi,
tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov AzərTAc-a bildirmişdir ki, qazıntı zamanı 1,5 metr dərinlikdə bizim eradan əvvəl V minilliyin birinci yarısına aid mədəni
təbəqə - 8 tikinti
qalığı, 1 qəbir,
1 saxsı qab, yüzə qədər muncuq aşkar edilmişdir. Arxeoloji qazıntılar sentyabrın
ortalarınadək davam
edəcəkdir.
Azərbaycan.- 2012.- 26 avqust.- S. 7.