Belarus-Azərbaycan
əməkdaşlığının genişləndirilməsi
üçün böyük
potensial vardır
Belarus-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial vardır. Belarusun BELTA informasiya agentliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Belarusun Baş naziri Mixail Myasnikoviç bu fikri avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə söyləmişdir.
Mixail Myasnikoviç demişdir: "Həm ikitərəfli əməkdaşlıq, həm də çoxtərəfli əlaqələr çərçivəsində dövlətlərimizin potensialı çox böyükdür". O vurğulamışdır ki, Azərbaycan ilə əməkdaşlıq Belarus üçün həmişə prioritet məsələ olmuşdur. Belarus tərəfi həmişə çalışmışdır ki, ikitərəfli əməkdaşlıq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirsin.
Bu gün iki ölkənin qarşılıqlı ticarətində 250-yə yaxın müəssisənin iştirak etməsinə diqqəti cəlb edən Baş nazir demişdir: "Bu müəssisələr ticari-iqtisadi prosesə və ən başlıcası, investisiya və elmi-texniki əməkdaşlıq prosesinə cəlb edilmişdir".
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, Belarusun sosial-iqtisadi sahədə qazandığı uğurlar Azərbaycanı sevindirir. O demişdir: "Belarus davamlı iqtisadi artım və firavanlıq nümunəsi göstərir".
Azərbaycana Belarusun 250-dən
çox müəssisəsinin məhsulları
göndərilir. Əməkdaşlığın kooperasiya forması fəal inkişaf
edir. Azərbaycanda "Belarus" markalı traktorlar,
yük avtomobilləri, avtokranlar,
zibil daşıyan MAZ markalı
maşınlar, liftlər, işıq-diod texnologiyaları əsasında
işləyən optik cihazlar
və lampalar yığılması
üzrə istehsalatlar
yaradılmışdır. İstehsalat
kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının
lideri Gəncə avtomobil
zavodudur.
Azərbaycan.- 2012.- 28 avqust.- S. 1.