Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 

¹ 186 Bakı şəhəri, 27 avqust 2012-ci il

 

"Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR:

"Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASI-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 2.