Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun xətti ilə çap edilən kitablar Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına verilmişdir

 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) xətti ilə çap edilən kitablar Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə akademiyanın rektoru, iqtisad elmləri doktoru Çingiz Şamşiyev çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmiş, mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə toxunmuşdur. O, ölkədəki bütün ictimai qurumlarla, o cümlədən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin yaradılmasını vacib hesab etmişdir.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin mətbuat katibi İlkin Abbasəliyev bildirmişdir ki, son vaxtlar ölkələrimiz arasında əməkdaşlıq imkanları genişlənmişdir. Bir neçə ay əvvəl Bişkekdə Azərbaycan-Qırğızıstan Birgə Əməkdaşlıq Komissiyasının iclası keçirilmiş, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafına təkan vermişdir.

TDSDF-nin sədri Nüsrət Məmmədov fondun gördüyü işlər haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, indiyədək Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qırğız, rusingilis dillərində 40-dan artıq kitabbroşür dərc olunmuşdur. Bu istiqamətdə davam etdiriləcəkdir. N.Məmmədov demişdir ki, bu gün akademiyaya qırğız, rusingilis dilində çap olunan 20 adda, 250-dən artıq kitab hədiyyə edilmişdir. Gələcəkdə də bu sahədə əməkdaşlığı davam etdirəcəyik.

Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzinin (QAƏM) sədri Cəbu Rəsulov təşkilatın bu yaxınlarda qeydiyyatdan keçdiyini bildirmiş, görüləcək işlər haqqında məlumat vermişdir. O demişdir ki, QAƏM indiyədək ölkədə fəaliyyət göstərən Azərbaycan icmaları, mədəniyyət mərkəzləri və fondlarını öz ətrafında birləşdirmək və görüləcək işlərimizi əlaqələndirmək məqsədilə yaradılmışdır.

Bildirilmişdir ki, akademiyaya verilən kitablar arasında Bişkekdə rus dilində çap edilən üçcildlik "Prezident İlham Əliyev", Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qırğız və rus dillərində çap olunan "Gorus-2010: absurd teatrı mövsümü" və "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi", ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında rus dilində buraxılmış "Dünya siyasətinin zirvəsini fəth edənlər" ikicildliyi, Qafar Əliyevin "Müasir Azərbaycanın qurucusubanisi", görkəmli yazıçı, alimpedaqoq Mir Cəlalın qırğız dilində üçcildlik "Seçilmiş əsərlər"i və "Bir gəncin manifesti" kitabı və digər nəşrlər vardır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 3.