Prezident İlham
Əliyev Portuqaliyanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Jorj Tito de Vaskonselos Kabral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Jorj Tito de Vaskonselos
Kabral bu ilin iyununda ölkəsinin
xarici işlər naziri ilə respublikamıza səfər
etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana
marağının daha
da artdığını
qeyd etdi. Azərbaycan
ilə Portuqaliyanın
dost dövlətlər olduğunu vurğulayan
səfir ölkələrimizin
beynəlxalq təşkilatlar
çərçivəsində də fəal əməkdaşlıq aparılmasının
önəmini vurğuladı.
İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün yaxşı
imkanların olduğunu
qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində
səylərini əsirgəməyəcəyini
bildirdi.
Dövlət başçısı Azərbaycan
ilə Portuqaliya arasında ikitərəfli
münasibətlərin uğurla
inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrimizin yaxşı
səviyyədə olduğunu
bildirən Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə
əməkdaşlığımızı
sürətləndirmək üçün böyük
potensialın olduğunu
dedi. Dövlət başçısı ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində
də uğurlu əməkdaşlıq etdiyini
məmnunluqla qeyd etdi.
AzərTAc
Azərbaycan.-2012.- 1 dekabr.- S.1.