Prezident İlham
Əliyev Seynt Vinsent və
Qrenadinin
Azərbaycanda yeni təyin olunmuş
səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat Senio Elvin Lyuis
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Azərbaycanın Seynt Vinsent və
Qrenadin ilə beynəlxalq əməkdaşlığının
yaxşı səviyyədə
olduğunu vurğulayan
dövlət başçısı
Seynt Vinsent və Qrenadinin BMT-də Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını
ifadə etdi. Prezident
İlham Əliyev Seynt Vinsent və
Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfəri
zamanı ölkələrimiz
arasında əlaqələrin,
o cümlədən iqtisadi
sahədə əməkdaşlığın
bazasının yaradıldığını
qeyd etdi. Dövlət
başçısı ikitərəfli
əlaqələrin genişləndirilməsi
üçün qarşılıqlı
səfərlərin əhəmiyyətini
vurğuladı.
Senio Elvin Lyuis
Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin salamlarını
dövlət başçısına
çatdırdı. O, paytaxtımızda
gedən sürətli
inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını
qeyd etdi. Ölkəsinin Azərbaycan ilə
əməkdaşlığı genişləndirmək arzusunda
olduğunu deyən səfir diplomatik fəaliyyəti dövründə
bu istiqamətdə səylərini əsirgəməyəcəyini
bildirdi.
Dövlət başçısı Baş
nazir Ralf Qonzalvesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seynt Vinsent və
Qrenadinin Baş nazirinə çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.- 1 dekabr.- S.1.