Prezident İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin

 olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Xorxe Patrisio Aransibia Reyes etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyes Bakıdakı yüksək inkişaf proseslərinin, həyata keçirilən tikinti abadlıq işlərinin şahidi olduğunu dedi.

Görüşdə son illər ölkələrimiz arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi nəticəsində əlaqələrin intensivləşdiyi vurğulandı,  Azərbaycan-Çili əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanların yaradıldığı qeyd olundu.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 1 dekabr.- S.1.