“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının
2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli
Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il
30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Sosial xidmət
haqqında” Azərbaycan
Respublikası Qanununun
7.1.4-cü maddəsində ikinci halda nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun
10.1-ci maddəsinin birinci
cümləsində, 10.2-ci və 10.3-cü maddələrində,
11.3-cü maddəsinin birinci
cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini:
1.2.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar
(valideynlərini itirmiş
və ya valideyn himayəsindən məhrum uşaqlar istisna olmaqla); təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək
uşaqlar; xəstəlik,
əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq
qabiliyyəti, habelə
onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri
olmayan şəxslər
(ailələr); baxımsız,
baxımsızlıq və
ya kimsəsizlik nəticəsində həyatına
və ya sağlamlığına təhlükə
yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması
üçün tələblərə
cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından
zərər çəkmiş
şəxslər; müəyyən
yaşayış yeri
olmayan şəxslər;
sosial yadırğama
(dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində
olan şəxslər;
valideynlərini itirdiyinə
və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində
yaşamış və
həmin müəssisələri
tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər
barəsində - Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.2.2. təhsilə cəlb
olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək
uşaqlar barəsində
- Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi; [1]
1.2.3. ictimai təhlükəli
xəstəliyə tutulduğuna
görə həyat fəaliyyəti məhdudlaşan
şəxslər barəsində
- Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi;
1.2.4. valideynlərini itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqlar; hüquq pozuntusu törədən uşaqlar; müəyyən
yaşayış yeri
olmayan şəxslər
barəsində - yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin Qanunun
13.1-ci maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
həyata keçirirlər;
1.4. həmin Qanunun
16-cı və 28-ci maddələrində
nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini:
1.4.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar;
təhsilə cəlb
olunmayan sağlamlıq
imkanları məhdud
5 yaşından 18 yaşınadək
uşaqlar; xəstəlik,
əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq
qabiliyyəti, habelə
onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri
olmayan şəxslər
(ailələr); baxımsız,
baxımsızlıq və
ya kimsəsizlik nəticəsində həyatına
və ya sağlamlığına təhlükə
yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması
üçün tələblərə
cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından
zərər çəkmiş
şəxslər; müəyyən
yaşayış yeri
olmayan şəxslər;
sosial yadırğama
(dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində
olan şəxslər;
valideynlərini itirdiyinə
və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində
yaşamış və
həmin müəssisələri
tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər
barəsində - Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.4.2. təhsilə cəlb
olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək
uşaqlar; valideynlərini
itirmiş, valideyn himayəsindən məhrum
olmuş 6 yaşından
18 yaşınadək uşaqlar
(internat tipli ümumi təhsil müəssisələri üzrə);
hüquq pozuntusu törədən uşaqlar
barəsində - Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi; [2]
1.4.3. valideynlərini itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş 4 yaşınadək uşaqlar,
habelə sağlamlıq
imkanları məhdud
5 yaşınadək uşaqlar;
ictimai təhlükəli
xəstəliyə tutulduğuna
görə həyat fəaliyyəti məhdudlaşan
şəxslər barəsində
- Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi;
1.4.4. valideynlərini itirmiş, valideyn himayəsindən məhrum
olmuş 3 yaşından
18 yaşınadək uşaqlar
(uşaq evləri üzrə); müəyyən
yaşayış yeri
olmayan şəxslər
barəsində - yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2012-ci il
Azərbaycan.- 2012.- 1 dekabr.-
S.2.