«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli
Qanununun tətbiqi və «Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə\"
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsində göstərilmiş rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə qaydası barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. avtomagistrallarda və digər avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan yerlər və bu keçidlər arasında optimal məsafə barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin yaradılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹ 2, maddə 330, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5, maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr 721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3, maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə 895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1, maddə 7, ¹ 2, maddə 64, ¹ 3, maddə 199, ¹ 4, maddə 284, ¹ 5, maddə 424, ¹ 6, maddə 544, ¹ 7, maddələr 682, 692, 698; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 noyabr tarixli 737 nömrəli fərmanı) 3.3-cü bəndində "151-1-ci, 151-2-ci," sözləri "151-1-151-3-cü," sözləri ilə, "156-158-ci," sözləri "156-1-ci, 158-ci," sözləri ilə əvəz edilsin və "152-1.1-152-1.3-cü, 152-2.1-ci," sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 1dekabr.- S.2.