«Bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya)
verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında»
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il
2 sentyabr tarixli 782
nömrəli fərmanında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanını Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə 64, ¹ 3, maddə 163, ¹ 8, maddələr 619, 621, ¹ 10, maddə 785, ¹ 11, maddə 884; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 180, ¹ 9, maddə 776, ¹ 12, maddə 1061; 2011, ¹ 2, maddə 85, ¹ 4, maddə 288, ¹ 6, maddə 491, ¹ 8, maddə 752, ¹ 10, maddə 896) aşağıdakı dəyişikliklər edilsin:
1. həmin fərmana 2 nömrəli əlavə - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 31-ci və 32-ci hissələrində nəzərdə tutulmuş fəaliyyət növlərinin adları aşağıdakı redaksiyada verilsin:
"31. Gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti
32. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının təsis edilməsi".
2. həmin fərmana 3 nömrəli əlavə - "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı" üzrə:
2.1. 15-ci hissədə "Gömrük brokeri" sözlərindən sonra ", gömrük daşıyıcısı" sözləri əlavə edilsin;
2.2. 16-cı hissədən ", sərbəst anbarların" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 2 dekabr.- S.1.