Prezident İlham
Əliyev Eritreya Dövlətinin Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Tekley Minassie Asgedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Fövqəladə və səlahiyyətli səfir Tekley Minassie Asgedom Eritreya Prezidenti İsaias Afeverkinin salamlarını və Azərbaycan xalqına firavanlıq arzularını
dövlət başçısına
çatdırdı.
Görüşdə Azərbaycan Respublikası
ilə Eritreya Dövləti arasında ikitərəfli əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsinə dair
məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident İsaias Afeverkinin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Eritreya Dövlətinin başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.- 2 dekabr.- S.1.