«Mərkəzi AsiyaQafqazda balıqçılıq təsərrüfatı və

 akvakultura sahəsində Regional Komissiya haqqında»

 Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" 2012-ci il martın 19-da imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatları ilə təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2012-ci il

Azərbaycan.-2012.- 2 dekabr.- S.1.