«Azərbaycan Respublikası Hökuməti
və Tacikistan Respublikası Hökuməti
arasında müəlliflik hüququ və
əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq
haqqında» Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Tacikistan Respublikası
Hökuməti arasında müəlliflik hüququ və əlaqəli
hüquqların qorunması sahəsində əməkdaşlıq
haqqında" 2012-ci il iyulun 12-də Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 2 dekabr.- S.1.