«Daşınmaz əmlakın dövlət
reyestri haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006, ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509; Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1-ci maddədə "arayış" sözündən sonra "yazılı və ya elektron formada" sözləri əlavə edilsin, "və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə" sözləri "onların yazılı və ya elektron müraciətləri əsasında" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 5.1-1-ci maddə əlavə edilsin:
"5.1-1. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.".
3. 5.2-ci maddənin birinci cümləsində "Dövlət reyestrindən" sözləri "Bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən" sözləri ilə əvəz edilsin, ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.".
4. 5.3-cü maddədə "verməlidir" sözündən əvvəl "yazılı və ya elektron formada" sözləri əlavə edilsin.
5.
5.4-cü maddədə "sorğusuna" sözündən
əvvəl "yazılı və ya elektron" sözləri
əlavə edilsin, "arayışlar barədə məlumat"
sözləri "arayışlar (məlumatlar) barədə
yazılı və ya elektron bildiriş" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2012-ci il
Azərbaycan.-2012.- 2 dekabr.- S.2.