Azərbaycan ilə Macarıstan arasında münasibətlərin

 inkişaf dinamikasından danışılmışdır

 

Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Macarıstan Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında son illər intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılmışdır. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Macarıstanın yürütdüyü Şərq siyasətində Azərbaycanın getdikcə artan roluyeri xüsusi vurğulanmışdır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2012.- 2 dekabr.- S.3.